Modern.az

İtaliya Baş naziri istefa verdi

İtaliya Baş naziri istefa verdi

Dünya

21 İyul 2022, 12:28

İtaliya Baş naziri Mario Draqi istefa verib.

 

Modern.az xəbər verir ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdırıb.

 

İndiki hökumət müvəqqəti olaraq yeni hökumət seçilənə qədər fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, iyulun 21-də etimad səsverməsində Draqinin üç koalisiya tərəfdaşı dəstəyini geri götürüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat