Modern.az

Almaniyada meyitləri yandırmaq çətinləşir

Almaniyada meyitləri yandırmaq çətinləşir

3 Avqust 2022, 09:28

Almaniyada meyitləri yandırmaq çətinləşəcək.

 

Modern.az Rusiya KİV-lərinə istinadən əbər verir ki, bu barədə Almaniyanın Cənazə Evləri Assosiasiyası məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb Rusiya qazının azalmasıdır. Məlumata görə, Almaniyada bir milyon meyitin təxminən dörddə üçü kremasiya edilir. Bu da Avropada ən yüksək göstəricidir.

 

Alman Krematori Konsorsiumunun sədri Svend-York Sobolevski bildirib ki, qaz istehlakı normallaşdırılsa da, krematorilərin fəaliyyəti hökumət üçün prioritet olaraq qalmalıdır. Çünki krematorilərin əksəriyyəti yanacaqsız işləyə bilməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat