Modern.az

Baydenin testi yenə müsbət çıxdı 

Baydenin testi yenə müsbət çıxdı 

3 Avqust 2022, 21:44

ABŞ prezidenti Co Baydenin koronavirus testi yenə müsbət nəticə verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" onun həkiminə istinadən məlumat yayıb.

 

Həkim Kevin Okonnor bildirib ki, Bayden özünü yaxşı hiss etməyə davam edir və hərarəti yoxdur.

 

O, həmçinin qeyd edib ki, prezident hələ də vaxtaşırı öskürür.

 

Prezident yoluxmaların 70-85%-ni təşkil edən BA.5 omikron ştammının alt növünə yoluxub. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat