Modern.az

Paşinyan Rəisilə son toqquşmaları müzakirə etdi 

Paşinyan Rəisilə son toqquşmaları müzakirə etdi 

Dünya

10 Avqust 2022, 23:40

İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Rəisi bildirib ki, üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması, qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur.

 

Paşinyan telefon danışığı zamanı İran Prezidentinə Qarabağdakı son qarşıdurmalar barədə məlumat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat