Modern.az

Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı

Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı

Dünya

11 Avqust 2022, 16:23

"Ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını düzgün hesab etmirəm".

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının hamısına sanksiya tətbiq etmək doğru yanaşma deyil.

 

“Moskvanın güc mərkəzi”ndən olan insanlara qarşı tətbiq edilən sanksiyaları Almaniya həmişə dəstəkləyəcək. Lakin bu, Putinin müharibəsidir, ona görə də vizaların dayandırılması ideyası ilə razılaşmaqda çətinlik çəkirəm. Bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı hesab etmirəm", - deyə Kansler vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat