Modern.az

Avropadan nüvə təklifi - İran şərt qoydu

Avropadan nüvə təklifi - İran şərt qoydu

13 Avqust 2022, 14:20

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb.

 

Bildirilib ki, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla əlaqədar Tehrana zəmanətlər verilərsə, İran Avropa İttifaqının təkliflərini qəbul etməyə hazırdır.

 

Xəbərdə qeyd olunub ki, hazırda İran təklifləri araşdırma mərhələsindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat