Modern.az

Makron Hindistan lideri ilə Ukrayna məsələsində razılaşdı

Makron Hindistan lideri ilə Ukrayna məsələsində razılaşdı

Dünya

16 Avqust 2022, 23:45

Fransa Prezidenti Emmanuel Makron Hindistanın Baş naziri Narendra Modi telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

 

Tərəflər Ukrayna böhranını müzakirə edib, münaqişəyə son qoymaq üçün birlikdə işləmək barədə razılığa gəliblər.

 

Bu gün Makron, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb, o, Ukraynanın nüvə obyektləri üçün risklərlə bağlı narahatlığını vurğulayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə