Modern.az

“Çətin də olsa, Putinlə görüşməliyik” – Almaniya lideri

“Çətin də olsa, Putinlə görüşməliyik” – Almaniya lideri

Dünya

17 Avqust 2022, 12:23

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə dialoqun davam etdirilməsini vacib hesab edir.

 

Modern.az xəbər verir ki, bu barədə kansler isveçli jurnalistlərlə söhbəti zamanı bildirib.

 

Almaniya kansleri birbaşa ünsiyyətin zəruriliyini belə izah edib: “Putin ondan nə tələb etdiyimizi bilməlidir. Buna görə də, üz-üzə görüşmək zəruridir. Bu çətin olsa da, böhran zamanı ünsiyyəti saxlamaq lazımdır".

 

Almaniya lideri, həmçinin qeyd edib ki, o, Putinin birbaşa mesajlar almasını və Ukraynaya qarşı müharibənin məsuliyyətini öz üzərinə götürməsini istəyir.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir