Modern.az

NATO-dan Yunanıstana xəbərdarlıq

NATO-dan Yunanıstana xəbərdarlıq

18 Avqust 2022, 11:54

Avqustun 10-da Middle East Airlines şirkətinin Airbus A321 təyyarəsi Yunanıstanın hava məkanında uçarkən onunla rabitə itib.

 

Modern.az xəbər verir ki, hadisə ilə bağlı NATO-dan Yunanıstana dərhal xəbərdarlıq edilib. 

 

Yunanıstan hava sahəsinə daxil olan təyyarənin pilotunun kimliyini müəyyən etmədiyini və vəziyyətin müdaxiləyə səbəb olduğunu bildirib.

 

Buna görə də, dərhal Yunanıstan F-16-ları Krit üzərində havaya qalxıb və Arqolis üzərində təyyarəni tapıb. Pilotla radio əlaqəsi qurmağı bacaran səlahiyyətlilər heç bir problemin olmadığını görüblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir