Modern.az

Tokayev Putinlə görüşmək üçün Soçiyə gedir

Tokayev Putinlə görüşmək üçün Soçiyə gedir

18 Avqust 2022, 13:12

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev avqustun 19-da Soçidə görüşəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Yüksək səviyyədə müntəzəm dialoqun davamı olaraq Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.

 

Bundan əlavə, qeyd olunub ki, görüşdə Qazaxıstanın bu il sədrlik etdiyi MDB daxil olmaqla, inteqrasiya birlikləri çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə də toxunulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir