Modern.az

Ukraynadan daşınan taxılın həcmi açıqlandı

Ukraynadan daşınan taxılın həcmi açıqlandı

Dünya

20 Avqust 2022, 18:13

Avqustun 1-dən etibarən Ukrayna limanlarından 656,3 min tondan çox taxıl ixrac edilib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

 

BMT-nin baş katibi Antonio Quterreşlə İstanbul Birgə Koordinasiya Mərkəzində keçirdiyi mətbuat konfransında nazir deyib ki, taxıl ixracı prosesinə 51 gəmi cəlb edilib.

 

“Avqustun 1-dən indiyədək Ukraynanın üç limanından 656 min 349 ton taxıl ixrac edilib, kənd təsərrüfatı məhsullarının ixracının artacağını gözləyirik”, - Hulusi Akar qeyd edib.

 

O vurğulayıb ki, 51 gəmidən 27-si Ukrayna limanlarını tərk edib, 24-ü isə yüklənməyə gedib.

 

İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl müqaviləsi imzalanıb. Razılaşma dünya bazarlarına çatdırılmaq üçün Ukrayna limanlarından taxılın təhlükəsiz ixracını nəzərdə tutur.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə