Modern.az

Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq 

Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq 

Dünya

20 Avqust 2022, 22:10

Türkiyə NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyaya yenidən xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ danışıb.

 

O bildirib ki, İsveç və Finlandiya Türkiyənin terrorla əlaqəsi olan şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərinə müsbət cavab verməyib.

 

"Müraciətimizi yenilədik və xahişlərimizi bir daha xatırlatdıq”, - nazir deyib.

 

Bundan əvvəl Türkiyə hökuməti bildirib ki, İsveç və Finlandiya NATO sammitində imzalanan sazişi yerinə yetirməsə, Ankara bu ölkələrin Alyansa üzv olmasına razılıq verməyəcək.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə