Modern.az

Rus diplomatın paylaşımı qalmaqala səbəb oldu 

Rus diplomatın paylaşımı qalmaqala səbəb oldu 

21 Avqust 2022, 00:20

Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisindəki daimi nümayəndəsi Mixail Ulyanovun paylaşımı qalmaqala səbəb olub.

 

Modern.az xəbər verir ki, o, özünün "Twitter" hesabında Ukrayna xalqını təhdid edib.

 

Diplomat yazıb ki,  Ukrayna xalqına mərhəmət yoxdur. Onun bu açıqlaması Avstriyada reaksiyalara səbəb olub.

 

Ukraynanın Vyanadakı nümayəndələri Ulyanovun bəyanatlarını “soyqırıma çağırış” kimi şərh ediblər.

 

Avstriya Xarici İşlər Nazirliyi rusiyalı diplomat Ulyanovla bağlı yazılı açıqlama verib.

 

Nazirlik açıqlamasında ifadə azadlığının tərəfdarı olduğunu, lakin “bu cür təxribat xarakterli ritorikaya qəti şəkildə qarşı olduqlarını” bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə