Modern.az

Almanların üçdə ikisi kansleri dəstəkləmir 

Almanların üçdə ikisi kansleri dəstəkləmir 

Dünya

21 Avqust 2022, 22:33

Almaniya əhalisinin təxminən üçdə ikisi kansler Olaf Şolts və onun hökumətinin işindən narazıdır.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzeti sorğu keçirib.

 

Bildirilir ki, almanların yalnız 25%-i Sosial Demokrat Partiyasının yaxşı iş gördüyünə inanır. Mart ayında bu rəqəm 46% idi.

 

Hakimiyyətə gəldikdən sonra Şolts Ukraynadakı müharibə, enerji böhranı, inflyasiya və indi də quraqlıq problemi ilə üzləşib.

 

Tənqidçilər kansleri kifayət qədər liderlik nümayiş etdirməməkdə günahlandırırlar.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə