Modern.az

Dəfn zamanı ildırım düşdü - 6 nəfər ölüb

Dəfn zamanı ildırım düşdü - 6 nəfər ölüb

Dünya

22 Avqust 2022, 16:46

Yəmənin Amran bölgəsində dəfn zamanı ildırım düşüb.

 

Modern.az xəbər verir ki, yerli səhiyyə rəsmiləri tərəfindən verilən açıqlamada dəfn mərasiminə qatılan 6 nəfərin ildırım vurması nəticəsində öldüyü, 17 nəfərin isə yaralandığı bildirilir.

 

Qeyd edək ki, Yəməndə iyul ayından bəri leysan yağışları, daşqın və ildırım vurması nəticəsində azı 97 nəfər həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə