Modern.az

Pakistan dünya çempionatı üçün qoşun göndərəcək

Pakistan dünya çempionatı üçün qoşun göndərəcək

Dünya

22 Avqust 2022, 22:15

Pakistan ilin sonunda Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında təhlükəsizliyi təmin etmək üçün bu ölkəyə qoşun göndərəcək.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Marriyum Auranqzeb bildirib.

 

Onun sözlərinə görə, Pakistan hökuməti qoşunların təmin edilməsinə dair saziş layihəsini təsdiqləyib.

 

Pakistanın Baş naziri Şahbaz Şərif sabah Qətərə səfər edəcək və bu barədə Qətərlə müqavilə imzalayacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə