Modern.az

Liviyada ölənlərin sayı artıb, çoxlu sayda yaralı var 

Liviyada ölənlərin sayı artıb, çoxlu sayda yaralı var 

Dünya

28 Avqust 2022, 20:40

Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurma nəticəsində ölənlərin sayının 32 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Yaralı sayının 159-a yüksəldiyi bildirilib. Rəsmi açıqlamada yaralılardan 102-nin xəstəxanalarda müalicə aldığı qeyd olunub.

 

Ötən gün Tripolidə şiddətli toqquşmalardan sonra bu gün sükut hökm sürür.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə