Modern.az

Ruslar Nikolayevi raketlə vurdu - Ölənlər var

Ruslar Nikolayevi raketlə vurdu - Ölənlər var

29 Avqust 2022, 18:13

Rusiya ordusu Ukraynanın Nikolayev vilayətində mülki evləri atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Vitali Kim "Telegram"da məlumat yayıb.

 

O, zərbələr nəticəsində bir neçə şəxsin həlak olduğunu bildirib.

 

"Şəhərin mərkəzi güclü atəşə tutulur. Hələ də raketlər atılır. Sığınacaqları tərk etməyin", - deyə vilayət rəhbəri qeyd edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə