Modern.az

Xersonda qalan ruslara xəbərdarlıq - Təslim olmasanız...

Xersonda qalan ruslara xəbərdarlıq - Təslim olmasanız...

Dünya

11 Noyabr 2022, 18:09

Xerson şəhəri Ukrayna ordusunun nəzarətinə qayıdıb, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Xersonda qalan rus əsgərlərinə təslim olmaq çağırışı edilib.

 

Bildirilib ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı təxribat cəhdlərinin qarşısı alınacaq:

 

“Müqavimət göstərən hər bir rus əsgəri məhv ediləcək. Ölümdən qaçmaq üçün yeganə şansınız var - dərhal təslim olun!".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi