Modern.az

Ukraynaya rekord sayda raket atılıb

Ukraynaya rekord sayda raket atılıb

Dünya

15 Noyabr 2022, 20:51

Rusiya ordusu bu gün Ukraynaya rekord sayda, təxminən 100-ə yaxın raket atıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib.

 

Bundan əvvəl ən çox raket oktyabrın 10-u atılıb, həmin gün Ukraynaya qarşı 80 raketdən istifadə edilib.

 

"Bəli, bu, kütləvi raket zərbəsidir. Bəli, kritik infrastruktur obyektləri birinci hədəfdir. Amma gördüyümüz kimi, yaşayış binalarına raket hücumlarının nəticələri var", - o deyib.

 

İqnatın sözlərinə görə, bugünkü kütləvi zərbədə Rusiyanın strateji təyyarələri iştirak edib. Endirilən raketlər arasında X-101 və X-555 modelləri də var.

 

Məlumata görə, ruslar dənizdən buraxılan "Kalibr" raketlərindən də istifadə ediblər. Raketlərin bəziləri hava hücumundan müdafiə sistemləri ilə vurulub.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi