Modern.az

Krımda həyəcan - Müdafiə sistemləri işə salındı 

Krımda həyəcan - Müdafiə sistemləri işə salındı 

22 Noyabr 2022, 20:52

Bu gün Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın təyin etdiyi Krım "nümayəndəsi" məlumat yayıb.

 

İddia edilir ki, Krımın Sevastopol şəhərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurulub.

 

Qeyd edək ki, Sevastopol Rusiyanın Qara dəniz donanmasının qərargahıdır. Rusiya ötən ay Ukraynanı Krıma hücum etməkdə ittiham edərək "taxıl sazişi"ndən çəkildiyini açıqlayıb. Daha sonra danışıqlar nəticəsində Moskva sazişə yenidən qayıdıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?