Modern.az

Belçika uduzdu, azarkeşlər iğtişaş törətdi - FOTO

Belçika uduzdu, azarkeşlər iğtişaş törətdi - FOTO

Dünya

27 Noyabr 2022, 20:54

Belçika millisinin dünya çempionatında Mərakeşə məğlub olmasından sonra paytaxt Brüsseldə iğtişaş törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Belga" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, məğlubiyyətə etiraz edən azarkeşlər avtomobilləri zədələyib, binalara ziyan vurublar. Etirazları yatırmaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. 

 

Qeyd edək ki, bu gün dünya çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə