Modern.az

Türkiyə ilk pilotsuz qırıcısını havaya qaldırdı - VİDEO

Türkiyə ilk pilotsuz qırıcısını havaya qaldırdı - VİDEO

Dünya

3 Dekabr 2022, 21:27

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi ilk dəfə uçuş-enmə zolağından havaya qalxıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar məlumat yayıb.

 

Hazırda sınaq prosesi davam edən "Kızılelma"nın ilk uçuşunun 2023-cü ildə reallaşacağı açıqlanıb.

 

Qeyd edək ki, 14.7 metr uzunluğunda olan pilotsuz qırıcı 1500 kiloqrama qədər silah və raketlər daşıya bilir.

 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!