Modern.az

Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək 

Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək 

Dünya

1 Yanvar 2023, 20:58

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi futbolçu Pelenin dəfn mərasimində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi də tapşırıb.

 

Çavuşoğlu yanvarın 2-də Braziliyanın Santos şəhərində keçiriləcək dəfn mərasiminə qatılacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi