Modern.az

Ermənistanda KTMT təlimləri keçirilməyəcək

Ermənistanda KTMT təlimləri keçirilməyəcək

10 Yanvar 2023, 12:25

Ermənistanda KTMT-nin hərbi təlimləri keçirilməyəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında danışıb.

 

O bildirib ki, rəsmi İrəvan bununla bağlı birləşdirilmiş qərargahı məlumatlandırıb.

 

Paşinyanın sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu