Modern.az

Ukraynalı məşhur futbolçu “Çelsi”də - 100 milyonluq transfer 

Ukraynalı məşhur futbolçu “Çelsi”də - 100 milyonluq transfer 

Dünya

15 Yanvar 2023, 21:32

Ukraynanın "Şaxtyor Donetsk" klubunun futbolçusu Mixaylo Mudrik Londonun "Çelsi" klubu ilə müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ingilis komandasının rəsmi saytı məlumat yayıb.

 

Futbolçunun "Çelsi" ilə müqaviləsi 8 il yarım davam edəcək. 

 

"Çelsi ilə müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Bu, fantastik liqada nəhəng klubdur və karyeramın bu mərhələsində mənim üçün çox cəlbedicidir”, - Mudrik bildirib.

 

22 yaşlı cinah yarımmüdafiəçisi bu mövsüm Ukrayna çempionatında 12 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

 

Mətbuatda yayılan məlumata görə, London klubu oyunçunun alınması üçün 100 milyon dollar verib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar