Modern.az

ABŞ rəsmisi Ukraynaya səfər edib

ABŞ rəsmisi Ukraynaya səfər edib

Dünya

16 Yanvar 2023, 21:33

Bu gün ABŞ dövlət katibinin müavini Vendi Şerman Ukraynaya işgüzar səfər edib.

 

Modern.az xəbər verir ki, o, Ukrayna baş naziri Denis Şmıqal və Prezident Ofisinin rəhbəri Andriy Yermakla görüş keçirib.

 

Şerman ABŞ nümayəndə heyəti üçün Ukraynanın Rusiyanın genişmiqyaslı işğalına qarşı müqavimətinə həsr olunmuş brifinqdə iştirak edib.

 

Yermak Şermanın rəhbərlik etdiyi nümayəndə heyətinə Rusiyanın təcavüzü nəticəsində Ukraynada və onun sərhədləri ətrafında baş verən əsas hadisələr barədə məlumat verib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi