Modern.az

Türkiyəyə qaçqınların gəlməsini arzulamırıq - AKAR

Türkiyəyə qaçqınların gəlməsini arzulamırıq - AKAR

Dünya

23 Yanvar 2023, 17:46

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsindəki suriyalı qaçqınlardan danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi müşavirədə söz açıb.

 

"Türkiyədəki suriyalıların lazımi şərtlər yerinə yetirildikdən sonra könüllü, təhlükəsiz şəkildə öz torpaqlarına və evlərinə qayıtmalarını təmin etmək niyyətindəyik", - deyə o söyləyib.

 

"Biz əlavə qaçqınların Türkiyəyə gəlməsini arzulamırıq, - Akar əlavə edib.

 

Bundan əlavə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosedurundan danışan nazir bu ölkələrə öhdəliklərini xatırladıb və terrorla mübarizənin vacibliyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR