Modern.az

İŞİD-ə qarşı əməliyyat - 14 nəfər saxlanıldı

İŞİD-ə qarşı əməliyyat - 14 nəfər saxlanıldı

31 Yanvar 2023, 11:20

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat paytaxt Ankara şəhərində gerçəkləşdirilib.

 

Məlumata görə, eyni vaxtda müxtəlif ünvanlarda keçirilən əməliyyatda ümumilikdə 14 nəfər saxlanılıb.

 

Saxlanılanların xarici ölkə vətəndaşları olduğu bildirilib. Hazırda araşdırmalar davam etdirilir.

 

Bundan sonra da terrorçuluqla qətiyyətlə mübarizə aparılacağı qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?