Modern.az

Özbəkistanda 3 min məmur məsuliyyətə cəlb olunub

Özbəkistanda 3 min məmur məsuliyyətə cəlb olunub

1 Fevral 2023, 10:22

Ötən il Özbəkistanda dövlət qurumlarının 3 min əməkdaşı məsuliyyətə cəlb olunub.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq statistik göstəriciləri açıqlanıb.

 

Bildirilib ki, il ərzində müxtəlif hüquq pozuntularına və fəaliyyətdə nöqsanlara yol verdiyinə görə ümumilikdə 3 min məmur haqqında hüquqi tədbirlər görülüb.

 

Məlumatda qeyd olunub ki, Özbəkistanda dövlət qulluqçuları arasında ən çox yayılmış cinayətlər mənimsəmə və səlahiyyətlərdən sui-istifadə halları olub.

 

Hazırda da müxtəlif məmurlar haqqında araşdırmaların davam etdirildiyi vurğulanıb.

 

Qeyd edək ki, bundan əvvəl 17 mindən çox dövlət işçisinin ixtisarına qərar verilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...