Modern.az

Mirzoyan Türkiyədədir - YENİLƏNİB

Mirzoyan Türkiyədədir - YENİLƏNİB

15 Fevral 2023, 12:00

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" yazıb.

 

Bildirilib ki, naziri Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda İrəvanın xüsusi təmsilçisi Ruben Rubinyan da müşayiət edir.

 

Onları hava limanında Türkiyə-Ermənistan danışıqları üzrə Ankaranın xüsusi təmsilçisi Serdar Kılıç qarşılayıb.

 

***

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, səfər sabah, fevralın 15-də baş tutacaq. Mirzoyan Adıyamanda zəlzələ bölgəsinə baş çəkəcək və buradakı erməni xilasedicilərlə görüşəcək.

 

Səfər zamanı Mirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır