Modern.az

Qahirə də Bakı və İrəvan arasında vasitəçi olacaq? - Moskvadan ŞƏRH

Qahirə də Bakı və İrəvan arasında vasitəçi olacaq? - Moskvadan ŞƏRH

23 Fevral 2023, 10:25

"İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasında rəqabətə yol verməmək lazımdır".

 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

 

O, Misirin danışıqlarda vasitəçi olmaq istəyini şərh edərkən bildirib ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.
 

Nazir müavini xatırladıb ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır.

 

Qeyd edək ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bu il yanvarın sonunda Azərbaycana və Ermənistana səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var