Modern.az

Sünnət üçün getdi, səhvən boğazından əməliyyat olundu

Sünnət üçün getdi, səhvən boğazından əməliyyat olundu

Dünya

14 Mart 2023, 16:12

Türkiyənin Diyarbakır vilayətində sünnət üçün xəstəxanaya aparılan 2 yaşlı uşaq səhvən boğazından əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "HaberTürk" kanalı məlumat yayıb.

 

Bildirilir ki, uşaq ilkin müayinədən sonra urologiya şöbəsinə deyil, qulaq, burun, boğaz şöbəsinə aparılıb və burada onun badamcıqları (boğaz əti) götürülüb.

 

Uşağın ailəsi rəsmi qurumlara şikayət edib, Səhiyyə Nazirliyi hadisə ilə əlaqədar araşdırma başladıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə