Modern.az

Ərdoğan Putinlə danışdı - Ukraynanı müzakirə etdilər

Ərdoğan Putinlə danışdı - Ukraynanı müzakirə etdilər

25 Mart 2023, 15:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Purin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, liderlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

 

Ərdoğan Rusiya Prezidentinə “taxıl sazişi”nin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib. Türkiyə lideri qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin tez bir zamanda danışıqlar yolu ilə başa çatmasına böyük əhəmiyyət verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var