Modern.az

Saakaşvili artıq yeriyə bilmir

Saakaşvili artıq yeriyə bilmir

5 Aprel 2023, 08:14

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib.

 

Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.

 

“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, - deyə vəkil bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır