Modern.az

Türkiyədə tanınmış aktyor siyasətə atıldı - Bu partiyaya üzv oldu

Türkiyədə tanınmış aktyor siyasətə atıldı - Bu partiyaya üzv oldu

5 Aprel 2023, 09:32

Türkiyənin məşhur aktyorlarından biri olan Cezmi Baskın aktiv siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib. O, Türkiyə Fəhlə Partiyasının (TİP) sıralarına qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə TİP-in İstanbul vilayət təşkilatının sözçüsü Melis Akyürek tviter səhifəsində məlumat verib.

 

"Ölkəmizin qiymətli sənətçilərindən teatr əməkçisi, aktyor və rejissor Cezmi Baskın aramıza qatılaraq mübarizəmizə güc verdi. Bərabər və ədalətli sabahları hamımız birlikdə quracağıq. Xoş gəldiniz!", - deyə o yazıb.

 

Qeyd olunub ki, C.Baskın siyasi fəaliyyətə yeni qoşulsa da, ictimai işlərdə, xüsusən teatr sahəsində çalışanların hüquqlarının müdafiəsində və bu istiqamətdə tədbirlərin təşkilində əvvəldən aktivliyi ilə seçilib.

 

Xatırladaq ki, aktyor Azərbaycanda daha çox "Akasya Durağı" serialındakı "Osman ağa" obrazı ilə tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır