Modern.az

Çavuşoğlu həmkarları ilə görüşdü - Ukrayna və NATO müzakirəsi

Çavuşoğlu həmkarları ilə görüşdü - Ukrayna və NATO müzakirəsi

5 Aprel 2023, 13:58

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu islandiyalı həmkarı Tourdis Kolburn Reykford Qilfadouttirlə görüşüb.

 

Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində məlumat verib.

 

"İslandiyalı həmkarımla bu ölkədə keçiriləcək Avropa Şurasının zirvə toplantısına hazırlıq işləri və turizm sahəsindəki əlaqələrimizi müzakirə etdik. Zəlzələdən sonra göstərdikləri dəstəyə görə təşəkkür etdik", - deyə o qeyd edib.

 

O, həmçinin Böyük Britaniya XİN başçısı Ceyms Kleverli ilə də görüş keçirib. Tərəflər hərbi sənaye, Ukrayna məsələsi və NATO ilə bağlı danışıqlar aparıblar.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır