Modern.az

Malatyada ZƏLZƏLƏ - 4.4 BAL

Malatyada ZƏLZƏLƏ - 4.4 BAL

Dünya

2 May 2023, 09:04

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 5.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır