Modern.az

Ukraynaya F-16 tədarükündə heç bir tabu yoxdur - Baş nazir

Ukraynaya F-16 tədarükündə heç bir tabu yoxdur - Baş nazir

Dünya

4 May 2023, 16:33

Niderlandın baş naziri Mark Rutte Ukraynaya F-16-ların tədarükündən danışıb.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, o, hazırda müttəfiqlərlə F-16-ların Ukraynaya verilməsi məsələsinin müzakirə olunduğunu bildirib.

 

Onun sözlərinə görə, bu məsələdə heç bir tabu yoxdur.

 

"Niderland F-16-ları daha təkmil F-35-lərə çevirməyi planlaşdırır", - deyə baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Ukrayna tərəfi vaxtaşırı olaraq Qərb ölkələrindən hərbi aviasiya tədarükü məsələsinin həll edilməsini tələb edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?