Modern.az

Ukrayna 80 hərbçisinin cəsədini geri aldı

Ukrayna 80 hərbçisinin cəsədini geri aldı

Dünya

5 May 2023, 13:12

Ukrayna tərəfi Rusiyadan növbəti dəfə hərbçilərinin cəsədlərini alıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu dəfə daha 80 müdafiəçinin meyiti qaytarılıb. Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?