Modern.az

Erməni spiker: Türkiyəsiz sülh mümkün deyil

Erməni spiker: Türkiyəsiz sülh mümkün deyil

5 May 2023, 14:06

"İrəvanın Bakıya qarşı ərazi iddiası yoxdur və biz sülh müqaviləsini imzalamağa hazırıq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi brifinq zamanı bildirib.

 

O deyib ki, Ermənistan ticarət baxımından regionun açılmasında problem görmür.

 

"Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün olmadığı üçün İrəvan Ankaranın bu istiqamətdə addımlar atacağına ümid edir", - deyə erməni spiker söyləyib.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı