Ermənistanda 44 günlük müharibə zamanı itkin düşən və ölən hərbçilərin valideynləri hökumət rəsmiləri və deputatların iştirakı ilə görüş tələb edirlər.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin insan hüquqları üzrə komissiyasının rəhbəri Taquhi Tovmasyan onlarla görüşdən sonra məlumat verib.
"Onlar nədən narazı olduqlarını şəxsən təqdim etmək istəyirlər", - deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl 4 günlük müharibə zamanı itkin düşən və ölən hərbçilərin valideynləri magistral yolu bağlayaraq görüş tələb etmişdilər.