Çexiya prezidenti Petr Pavel Ukrayna prezidenti Volodimir Zelenskiyə "CZ 75" markalı tapança hədiyyə edib.
Modern.az xəbər verir ki, Pavel öz tviter səhifəsində tapançanın fotosunu paylaşıb.
"2022-ci ilin fevralında Ukrayna xalqının məğlubedilməzliyi Rusiyaya ağır zərbə vurdu. Çexiya silahları da döyüşdə ukraynalılara kömək edir. Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Zelenskiyə əfsanəvi tapançamızı təhvil verdim”, - Çexiya lideri bildirib.
Qeyd edək ki, bu tapança modeli 1975-ci ildə hazırlanıb və o vaxtdan bütün dünyada geniş şəkildə istifadə olunur.
V únoru 2022 ?? tvrdě narazilo na nezlomnost ?? lidu. Od začátku jim v boji pomáhají i české zbraně. Na znamení respektu k hrdinství ?? jsem @ZelenskyyUa předal legendární CZ 75 sériového čísla 22. Edice Řád Bílého lva vystihuje odvahu, se kterou stojí v čele svého národa. pic.twitter.com/uzft38ETOT
— Petr Pavel (@prezidentpavel) May 5, 2023