Modern.az

Ukraynaya  80 Leopard göndərilir

Ukraynaya  80 “Leopard” göndərilir

Dünya

5 May 2023, 16:44

Danimarka və Almaniyadan tədarük olunan 80 "Leopard 1" tankı iyunun 1-dək Ukraynada olacaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen məlumat verib.

 

Onun sözlərinə görə, “Leopard 1” tankları “Leopard 2” qədər müasir olmasa da, bu tanklar Ukrayna Silahlı Qüvvələrinə fayda verəcək.

 

"Tankın çox yaxşı atəş gücü var və ərazidə yaxşı performans göstərir. Bu, 80 tank çox böyük rəqəmdir və ukraynalıların çoxlu sayda tanka ehtiyacı var", - deyə nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?