"Məni kənarlaşdırsalar, müxalifət başqa namizəd irəli sürməyəcək".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin insan hüquqları və ictimai məsələlər komissiyasının sədri, müxalif "Hayastan" fraksiyasından deputat Taquhi Tovmasyan deyib.
O, özünə qarşı etimadsızlıq səsverməsini siyasi təzyiq hesab etdiyini bildirib.
Bundan əvvəl hakim partiyadan olan deputat Ovik Ağazaryan belə bir prosesin başlandığını açıqlamışdı. Səbəb ombudsmanlığa namizədlərlə bağlı müzakirələr zamanı hakim partiyadan olan deputatlarla müxalifətçi Edqar Qazaryan arasında söz atışması olub. Belə ki, hadisə zamanı komissiya sədri kimi Tovmasyan fasilə elan etməyib və müəyyən ifadələrə görə müxalif həmkarını üzr istəməyə çağırmayıb. O, tərəfkeşlik edib.
Tovmasyan isə iddia edir ki, o, iki dəfə üzr istəmək üçün Kazaryana zəng edib.