Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub Hərbi Dairəsində Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı müharibədə iştirak edən bölmələri ilə bağlı yoxlamalar aparıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, nazir göndərilən hərbi texnika və silahların hazırlığını yoxlayıb.
Şoyqu müharibə zonasında qruplara silah və hərbi texnikanın verilməsinin fasiləsizliyinə nəzarət etmək vəzifəsinin icrasını tapşırıb.