Modern.az

Hakimiyyət reallıqdan kənar qərarlar verir - Ohanyan

Hakimiyyət reallıqdan kənar qərarlar verir - Ohanyan

Dünya

9 May 2023, 11:54

"Qısa müddətdə ordunun potensialını bərpa etmək mümkündür".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri olan Seyran Ohanyan deyib.

 

"Bunun üçün ağıllı və düşünülmüş addımlar lazımdır. Ordunu bərpa etməyin, onun döyüş effektivliyini artırmağın və mübarizə aparmağın yeganə yolu budur. Hakimiyyət zəiflikdən danışır, çünki vəziyyəti və çağırışları düzgün qiymətləndirə bilmirlər. Düzgün qiymətləndirmə olmadan düzgün qərarlar qəbul edilə bilməz", - deyə o bildirib.

 

"Ermənistan hakimiyyəti reallıqdan kənar qərarlar verir. Onlar prioritetləri, o cümlədən təhlükəsizlik və birliyi başa düşmürlər", - Ohanyan əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?