Modern.az

Rusiyada Qələbə bayramı əsəbi atmosferdə qeyd olunur

Rusiyada Qələbə bayramı əsəbi atmosferdə qeyd olunur

Dünya

9 May 2023, 12:43

"Moskvada builki Qələbə bayramı əsəbi atmosferdə keçir".

 

Modern.az xəbər verir ki, bu barədə BBC-nin Moskvadakı müxbiri məlumat verib.

 

Bildirilib ki, ölkədəki bugünkü hadisələr Kremldən gələn əsəbi mühitdə baş verir.

 

“Bu dəfə bayramın əhval-ruhiyyəsi tamamilə fərqlidir - əsəbilik və qeyri-müəyyənlik. Buna səbəb son həftələrdə ölkəni bürümüş bir sıra dron hücumları, partlayışlar və təxribatlardır. Neft bazalarında yanğınlar, relsdən çıxan qatarlar...”. 

 

Qeyd olunub ki, bütün bu hücumların arxasında kimin dayandığı tam aydın deyil. Rusiya Ukraynanı və Qərbi ittiham edir, onlar isə bu ittihamları rədd edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi