İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl saat 19.00-a planlaşdırılan hərbi-siyasi kabinetin iclasının iki saat tez - saat 17.00-da başlayacağını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrailin hökumət başçısı təhlükəsizlik sisteminə Qəzza zolağından mümkün cavab təhdidinə istiqamətlənməyi tapşıraraq heç kəsin sürprizlərdən təhlükəsiz olmadığını vurğulayıb.
İsrail hakimiyyəti həmçinin beynəlxalq ictimaiyyəti İsrailin özünümüdafiə hüququna aydın və birmənalı dəstək ifadə etməyə çağırıb.