Modern.az

Avropa İttifaqı liderləri Türkiyə xalqını təbrik etdi

Avropa İttifaqı liderləri Türkiyə xalqını təbrik etdi

Dünya

15 May 2023, 15:24

Avropa İttifaqı liderləri Türkiyə xalqını 14 may seçkilərində yüksək fəallığa görə təbrik ediblər.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel dünən keçirilən birinci turda seçicilərin yüksək marağı ilə əlaqədar təbrik edərək, bunun demokratiyanın qələbəsi olduğunu vurğulayıb.


Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə bildirib: “Bu, Türkiyə xalqının seçkiyə getmək və səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qərarlı olduğunun və demokratik təsisatlara dəyər verdiyinin çox açıq göstəricisidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?